Bakı -0˚C Cloudy

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də YOXLAMA

Gündəm 17:01 14 sen, 2021

Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB-də YOXLAMA

Hesablama Palatası səhiyyə qurumlarında yoxlamalar aparıb

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib.

Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tbbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.

Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. R. Bayramlının istefa ərizəsi təsdiqlənib.