İçindəki suyu qızdıra bilən ilk termos yaradıldı - FOTO
Maraqlı
08:00 26 dek, 2022
“Kimos” unikal termos üçün kraudfundinq kampaniyasına başlayıb.
Bu məhsul içindəki suyu qızdıra bilən dünyanın ilk termosu hesab olunur. O, suyu üç dəqiqədən az müddətdə qaynadır.
“Kimos”un qurucusunun sözlərinə görə, termosun ideyası yolda isti içkilər içmək istəyindən yaranıb.
Əşya həm də açıq havada fəaliyyət, səyahət və bir çox başqa ssenarilər üçün idealdır.
Su termosda dörd saata qədər isti qalır.
Kimos USB ilə sürətli şarj qabiliyyətinə malikdir. Məhsul üç rəngdədir: Qırmızı, Narıncı və Qara. Onun pərakəndə satış qiyməti 89 dollardan (151 manat - red.) başlayır.