İctimai nəqliyyatda gediş haqqı bahalaşacaq? - AÇIQLAMA
Cəmiyyət
18:04 19 okt, 2021
Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir
Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.
Qazet.az xəbər verir ki, məsələ ilə bağlı mediya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev yayılan məlumatları təkzib edib. O bildirib ki, bununla bağlı təmsil etdiyi qurum heç bir müraciət etməyib: "İctimai nəqliyyatda gediş haqlarının tənzimlənməsi Bakı Nəqliyyat Agentliyinin səlahiyyətində deyil. Bu məsələlər Tarif Şurasının səlahiyyətindədir. Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı Tarif Şurasına heç bir müraciət etməyib". Mənbə