Bakı 16˚C Partly sunny

"İctimai TV" Dünya çempionatı ilə bağlı müraciət etdi

İdman 17:15 28 noy, 2022
"İctimai TV" Dünya çempionatı ilə bağlı müraciət etdi

Azərbaycanda 2022-ci il futbol üzrə Dünya çempionatının rəsmi yayım hüququna sahib olan "İctimai" televiziya əhaliyə müraciət edib.

Qazet.az xəbər verir ki, telekanal bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Məlum olduğu kimi, Qətərdə keçirilən Futbol üzrə dünya çempionatında qruplarda təşkil olunan son turun oyunları günün eyni vaxtında başlayır. Ölkə ərazisində bu çempionatın eksklüziv yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tamaşaçıların bütün oyunları izləməsinə şərait yaratmaq üçün CBC Sport telekanalı ilə razılaşma əldə edib. Razılaşmaya əsasən, yayım hüququnun sublisenziya əsasında verilməsiylə, qrup mərhələsinin son turunun 8 oyunu CBC Sport telekanalında yayımlanacaq".