İdlibdə həlak olan nəvəsi üçün fəryad edən baba - VİDEO
Hadisə
13:03 12 noy, 2021
Həyatını itirən uşağın və onun adını qışqıraraq fəryad edən babasının görüntülərini paylaşılıb
Şimali Suriyada yerləşən İdlib şəhərinə prezident Bəşər Əsədə məxsus qüvvələrin hava hücumu etdiyi iddia olunur.
Qazet.az xəbər verir ki, hücum nəticəsində həlak olan və xəsarət alanlar var. Jurnalist Asaad Hanna özünün tviter profilində video paylaşaraq həmin hücumdan sonra həyatını itirən uşağın və onun adını qışqıraraq fəryad edən babasının görüntülərini paylaşıb.
Jurnalist qeyd edib ki, uşağın adının da Asaad olması ona qəribə hisslər yaşadıb.