Bakı -2˚C Showers

İdmançılarımız I MDB Oyunlarını 60 medalla başa vurdular

İdman 05:11 13 sen, 2021

Altmış medaldan 15-i qızıl, 16-sı gümüş, 29-u isə bürüncdür. 

İdmançılarımız I MDB Oyunlarını 60 medalla başa vurdular

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarını 60 medalla başa vurublar.

"Qazet.az" xəbər verir ki, yarışlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunub. İdmançılarımız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparıblar.

Altmış medaldan 15-i qızıl, 16-sı gümüş, 29-u isə bürüncdür. Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub.

Qeyd edək ki, birinci MDB Oyunlarında 9 ölkə mübarizə aparıb.