Bakı 12˚C Partly sunny w/ showers

İdmançımız əməliyyat olundu

İdman 17:30 10 yan, 2023
İdmançımız əməliyyat olundu

Azərbaycan xizəkçisi İlya Kostov ayağından əməliyyat olunub.

Azərbaycan Qış İdman Növləri Federasiyasından Qazet.az-a verilən məlumata görə, İtaliyada baş tutan cərrahi müdaxilə uğurlu alınıb.

Hazırda bərpa prosesi keçən idmançının bu mövsüm təlim-məşq toplanışı və yarışlarda iştirak etməyəcəyi bildirilib.

Qeyd edək ki, İlya Kostovun İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının "downhill" növü üzrə yarışda ayağı sınıb.