Bakı 31˚C Mostly sunny

IEA: "Gündəlik qlobal neft tədarükü 260 min barel azalıb"

Gündəm 16:46 14 okt, 2021

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir

IEA: "Gündəlik qlobal neft tədarükü 260 min barel azalıb"

Bu ilin sentyabr ayında gündəlik qlobal neft tədarükü 260 min barel azalaraq 96 mln. barelə düşüb.

Qazet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

İstehsalın azalması ABŞ-da "İda" qasırğasının daha ciddi ziyan vurması, həmçinin Kanada və Norveçdə texniki xidmət göstərilməsi səbəbindən istehsalın azalması və bioyanacaq istehsalının mövsümi azalması ilə əlaqədardır.

Hesabatda qeyd olunur ki, sentyabr ayından cari ilin sonunadək gündəlik qlobal neft hasilatı 2,7 mln. barel artacağı gözlənilir, bunun da 1,5 mln. bareli "OPEC+"ın, qalanı isə "OPEC+"a daxil olmayan ölkələrin payına düşəcək.