Bakı 16˚C Windy

İHA-ların gizlədildiyi silah anbarı bombalandı - Toqquşmalar şiddətlənib

Gündəm 19:03 15 dek, 2021

Koalisiya qüvvələri Husi üsyançılarının Sanadakı mövqelərinə hücum edib

İHA-ların gizlədildiyi silah anbarı bombalandı <span style="color:red">- Toqquşmalar şiddətlənib</span>

Yəməndə toqquşmalar yenidən şiddətlənib. 

Qazet.az xəbər verir ki, koalisiya qüvvələri Husi üsyançılarının Sanadakı mövqelərinə hücum edib.

Məlumata görə, hücum zamanı üsyançıların pilotsuz uçuş aparatlarının saxlanıldığı və təmir edildiyi 4 gizli silah anbarı bombalanıb. Həmçinin ballistik raketlərin saxlanıldığı iki mağara yerlə bir edilib. Üsyançılar hücumların baş verdiyini açıqlasa da, fəsadlara dair məlumat yoxdur.