Bakı 12˚C Partly sunny

İki avtobus toqquşub, 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb

Xəbərlər 16:14 08 yan, 2023
İki avtobus toqquşub, 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb

Seneqalda iki avtobusun toqquşması nəticəsində 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Qazet.az xəbər verir ki, bu barədə "Senenews" məlumat yayıb.

Qəza Dakardan 250 km cənub-şərqdə, Kafrin bölgəsində baş verib. Seneqalın paytaxtından gələn avtobus Keduqudan gələn digər avtobusla toqquşub.

Hadisənin ilkin səbəbi kimi avtobuslardan birinin təkərlərinin zədələnməsi, daha sonra qarşıdan gələn zolağa çıxaraq digər avtobusla toqquşması göstərilir.

Qəza ilə əlaqədar yanvarın 9-dan etibarən üç günlük milli matəm elan edilib.