İki gəmi Ukraynadan İtaliyaya buğda və qarğıdalı çatdıracaq
![İki gəmi Ukraynadan İtaliyaya buğda və qarğıdalı çatdıracaq](https://qazet.az/resized/fit900x500/center/pages/100972/taxil-gemi.jpg)
Cümə günü 45 min tondan çox buğda və qarğıdalı olan iki quru yük gəmisi Ukrayna limanlarını tərk edib,
Qazet.az bu barədə Interfax Birgə Koordinasiya Mərkəzinə (JCC) istinadən xəbər verir.
“Yanvarın 5-də Ukrayna limanlarını tərk edən iki gəmi Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 45,3 min ton taxıl və digər ərzaq məhsulları daşıyır”, - məlumatda deyilir.
“Lady Divina” (18,3 min ton buğda) və “Med Island” (27 min ton qarğıdalı) quru yük gəmiləri İtaliyaya gedib.
Yanvarın 6-da humanitar dəhlizdən keçən limanlara 6 quru yük gəmisi də göndərilir.
“Yanvarın 6-na Ukraynanın üç limanından ixrac edilən taxıl və digər kənd təsərrüfatı məhsullarının ümumi tonajı 16 milyon 832 min 561 ton təşkil edir. Ümumilikdə, hazırda 1250 gəmiyə hərəkətə icazə verilib: 622-si Ukrayna limanlarına gəlmək, 628-i isə onlardan çıxmaq üçün”, - SKC yekunlaşdırıb.