Bakı 14˚C Cloudy

İki gündür İstanbul aeroportunda qalan sərnişinlər... - VİDEO

Gündəm 15:55 26 yan, 2022

İstanbul hava limanına 70 sm qar yağıb

İki gündür İstanbul aeroportunda qalan sərnişinlər... - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyəyə yağan güclü qar səbəbindən İstanbul hava limanında uçuşlar dayandırılıb.

Qazet.az xəbər verir ki, iki gün ərzində uçuşların həyata keçirilməməsi səbəbindən çox sayda sərnişin aeroportda çətin vəziyyətlə üzləşib.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin müavini və millət vəkili Ali Öztunç hava limanında köməksiz qalan sərnişinlərin görüntülərini paylaşıb.

Görüntülərdən sərnişinlərin aeroportun müxtəlif yerlərində uzandıqlarını görmək mümkündür.

Məlumata görə, İstanbul hava limanına 70 sm qar yağıb.(qafqazinfo)