Bakı 3˚C Windy

İki min uşaq məcburi şəkildə Rusiyaya aparılıb

Gündəm 18:38 30 iyn, 2022

Bunu Ukrayna Baş nazirin müavini İrina Vereşşuk deyib

İki min uşaq məcburi şəkildə Rusiyaya aparılıb

İki mindən çox uşaq Ukrayna ərazisindən qanunsuz olaraq Rusiyaya aparılıb.

Qazet.az xəbər verir ki, bunu Ukrayna Baş nazirin müavini İrina Vereşşuk deyib.

O bildirib ki, hakimiyyət azyaşlıların harda olmaları barədə bütün məsələlərlə fərdi şəkildə məşğul olur:

“Biz müvafiq məktublar yazıb, uşaqlardan bir neçəsini Rusiya ərazisində tapıb geri qaytarmışıq. Hələ ki, Rusiyaya gedib belə uşaqları gətirən qəyyumların sayəsində 34 azyaşlı evinə dönüb”.