Bakı 26˚C Intermittent clouds

İki nəfər intihara cəhd edib

Hadisə 11:29 01 noy, 2021

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

İki nəfər intihara cəhd edib

Sumqayıt şəhəri ərazisində intihar məqsədilə özünü dənizə atan şəxs sudan çıxarılıb.

Qazet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıtda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə Bakıda da intihara cəhd hadisəsi qeydə alınıb.

Belə ki, Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.