Bakı 35˚C Sunny

İki PKK-çı tutularaq Türkiyəyə gətirildi

Siyasət 17:00 02 dek, 2021

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

İki PKK-çı tutularaq Türkiyəyə gətirildi

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib. 

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə qruplaşmanın rəhbərliyində təmsil olunan Pərvin Arslan və Əmrah Adıgözəl həbs olunublar. Adıgözəl terror təşkilatının rəhbərlərindən Duran Kalkanın mühafizəçisi olub.

Terrorçular Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Lakin əməliyyatın hansı ölkədə keçirildiyi açıqlanmayıb.