İki türk ölkəsi ordularını Əfqanıstanla sərhədə yığdı
Gündəm
16:45 20 noy, 2021
Təlim Özbəkistanın Əfqanıstanla sərhəddə yerləşən Termez şəhərində keçirilir

Özbəkistan və Qazaxıstan Silahlı Qüvvələrinin birgə təlimi başlayıb.
Qazet.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Tərəfdaşlıq-2021” adlı təlim Özbəkistanın Əfqanıstanla sərhəddə yerləşən Termez şəhərində keçirilir.
Noyabrın 24-dək davam edəcək birgə təlimdə hər iki ölkənin hərbçiləri quruda birgə hərəkət, düşmənə qarşı döyüş və silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi üzrə təcrübələrini inkişaf etdirəcəklər.