Bakı 7˚C Sunny

İki Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb

Cəmiyyət 01:04 27 noy, 2021

Məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, optimal həll yolu müəyyən edilib

İki Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb

Bakının Biləcəri qəbristanlığında və Abşeron rayonu Ceyranbatan qəbiristanlığında dəfn edilmiş 2 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.

Qazet.az-ın apa-ya istinadən məlumatına görə, məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, optimal həll yolu müəyyən edilib.

Şəhid gizir Xisrovzadə İlkin Azay oğlu və Mikayılov Cəbrayıl Valeh oğlunun nəşrləri Yasamal rayon qəbiristanlığında dəfn olunub.