İkiqat olimpiya çempionu təyyarə qəzasından sağ çıxdı
Hadisə
20:04 12 dek, 2022
Keniyalı atlet, 800 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu David Rudişa təyyarə qəzasından sağ çıxıb.
Qazet.az-ın məlumatına görə, hadisə Kaciado bölgəsində baş verib.
İçərisində 5 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində ölən olmayıb. Keniya Atletika İcraiyyə Komitəsinin üzvü Barnaba Korir yaralı sərnişinlərin xəstəxanaya aparıldığını bildirib.
Qeyd edək ki, David Rudişa London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarının qalibidir. 34 yaşlı idmançı 800 metr məsafə üzrə dünya rekorduna sahibdir. O, həm də ikiqat dünya çempionudur.