İlan sancması ilə 76 nəfər müraciət edib
Cəmiyyət
09:45 04 okt, 2022
Son üç ayda (yay aylarında) ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib.
Bu barədə Qazet.az-a KTM-dən məlumat verilib.
Qeyd olunub ki, onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bildirilib ki, eyni zamanda bir nəfərin müalicəsi isə hələ də davam etdirilir:
"Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb. Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb. Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir".