Bakı -4˚C Rain and snow

İlham Əliyev: Azərbaycan buna hazırdır!

Siyasət 21:02 26 noy, 2021

Rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır

İlham Əliyev:<span style="color:red"> Azərbaycan buna hazırdır!</span>

Biz Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərini dəstəkləməsini yüksək qiymətləndiririk.

Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezdenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır:

“Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.