İlham Əliyev: “Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”
Gündəm
21:11 14 dek, 2021
Dövlət başçısı Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.

“Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır”.
Qazet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Dövlət başçısı Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə NATO-nun Baş katibinə minnətdarlığını bildirib.
Prezident Azərbaycan ordusunun koalisiya qüvvələri çərçivəsində bu ölkəni sonuncu tərk edənlərdən biri olduğunu xatırladıb.
Dövlət başçısı Azərbaycanın NATO-nun hərbi təlimlərində fəal iştirak etdiyini vurğulayıb.