Bakı 16˚C Windy

İlham Əliyev Brüsselə getdi - Foto

Gündəm 00:22 14 dek, 2021

Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının VI sammitində iştirak etmək üçün bu gün Belçika krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

İlham Əliyev Brüsselə getdi - Foto

Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının VI sammitində iştirak etmək üçün bu gün Belçika krallığının paytaxtı Brüsselə işgüzar səfərə gedib.

"Qazet.az" xəbər verir ki, Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.

Onlar əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət edir!” sözləri yazılmış plakatlar, eyni zamanda, Azərbaycanın və Avropa İttifaqının bayraqlarını tutublar.