Bakı 25˚C Sunny

İlham Əliyev Gürcüstana səfər edəcək

Siyasət 10:39 24 okt, 2022
İlham Əliyev Gürcüstana səfər edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Gürcüstana səfər edəcək.

Qazet.az mediaya istinadən xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olacaq.

Prezident Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.

Təkbətək görüşdən sonra İrakli Qaribaşvili və İlham Əliyev saat 14:00-da mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.