Bakı 21˚C Sunny

İlham Əliyev: "Moldova ilə qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir"

Siyasət 18:24 15 dek, 2021

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşdə söyləyib

İlham Əliyev: "Moldova ilə qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir"

“Hesab edirəm ki, hökumətlərarası birgə komissiyanın fəaliyyətini də gücləndirməliyik. Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünki komissiyanın üzvləri demək olar on ildir ki, bir araya gəlmirlər. Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir”.

Qazet.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşdə söyləyib.

“Hesab edirəm bunun artırılması üçün potensial var. Lakin bunun üçün Sizin dediyiniz kimi biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarətin səviyyəsini artıra bilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış bizim üçün böyük əhəmiyyət kəsb edir. Buna görə düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmini tapacağıq”, - dövlət başçısı bildirib.