İlham Əliyev slovakiyalı həmkarını təbrik etdi
Siyasət
10:56 01 sen, 2022
Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovaya təbrik məktubu ünvanlayıb.
Qazet.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli xanım Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim rifah və firavanlıq diləyirəm".