İlham Əliyev Stoltenberqlə görüşəcək
Gündəm
19:06 13 dek, 2021
Səfər zamanı dövlət başçısı Şimali Atlantik Şuranın iclasında iştirak edəcək
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Qazet.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytı məlumat yayıb.
Səfər zamanı dövlət başçısı Şimali Atlantik Şuranın iclasında iştirak edəcək.
Bundan başqa, sabah Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.
Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.