Bakı -4˚C Rain

İlham Əliyev Tərtər sakininin evində oldu

Gündəm 23:10 03 okt, 2021

 Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.

İlham Əliyev Tərtər sakininin evində oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub.

Qazet.az-ın məlumatına görə, dövlət başçısı səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.