İlham Əliyev Türkiyə xüsusi təyinatlıları ilə təlimə dair memorandumu təsdiqlədi
Siyasət
18:12 12 okt, 2021
Prezident anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Qazet.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.