Bakı 3˚C Showers

İlham Əliyev Türkiyə ilə bağlı SƏRƏNCAM imzaladı

Siyasət 17:59 08 sen, 2022
İlham Əliyev Türkiyə ilə bağlı SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev “Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 6 mart 2007-ci il tarixli sərəncamında dəyişiklik edib.

Qazet.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibinə "Azərenerji” ASC-nin prezidenti əlavə edilib.