Bakı 19˚C Mostly sunny

İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

Cəmiyyət 18:25 17 sen, 2021

Dövlət başçısı qocaman sənətkarı mükafatlandırdı

İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

Prezident İlham Əliyev tarzən, Xalq artisti, professor Vamiq Məmmədəliyevə üçotaqlı mənzil hədiyyə edib.

Qazet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə  sənətkarın özü məlumat verib.

Onun sözlərinə görə, ev ona 75 illik yubileyi münasibətilə verilib: "Prezidentin mənzil şəraitimin yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə verdiyi tapşırığa əsasən mənə verilən ev hədiyyəsi ailəmizdə böyük sevinclə qarşılandı. Bu, həm də musiqimizə, muğam sənətinə verilən misilsiz dəyərdir”.

Qeyd edək ki, bu il iyunun 9-da V. Məmmədəliyevin 75 yaşı tamam olub.