İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb
Gündəm
21:05 23 noy, 2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb.
Qazet.az xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.