İlham Əliyevlə Paşinyan yenidən görüşəcək? - Erməni KİV
Siyasət
14:19 21 dek, 2021
Azərbaycan və Ermənistan liderləri bu il daha bir görüş keçirəcəklər və bu, Rusiyada baş tutacaq

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilin sonuna kimi daha bir görüş keçirilə bilər.
Qazet.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, görüşün Rusiyada keçiriləcəyi təxmin edilir.
“İlham Əliyev və Nikol Paşinyanın Brüssel görüşü bu il keçirilən sonuncu görüş olmaya bilər. XİN-dəki mənbəmizin verdiyi məlumata görə, Azərbaycan və Ermənistan liderləri bu il daha bir görüş keçirəcəklər və bu, Rusiyada baş tutacaq” - deyə KİV-lərdə məlumat yayılıb.