Bakı 15˚C Sunny

İlin ən yaxşı futbolçusu seçildi

İdman 12:35 04 yan, 2023
İlin ən yaxşı futbolçusu seçildi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

Qazet.az xəbər verir ki, bu nomisiyada qalib Argentina millisinin kapitanı Lionel Messi olub.

PSJ-nin hücumçusu səsvermənin nəticəsində bütün rəqiblərini qabaqlayıb. Hücumçu 275 xalla ötən ilin ən yaxşısı elan edilib.

Sıralamada ikinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub (35 xal).

Lionel Messi ötən ilin ən yaxşı futbolçusu seçilib