İlin ən yaxşı mobil tətbiqləri məlum oldu
Biznes
12:36 30 noy, 2021
Bu tip proqramlara olan tələbat istifadəçilərin şəxsi inkişafa meylləndiyini sübut edir

ABŞ-ın “Google” korporasiyası 2021-ci il üçün “Google Play”də ən yaxşı tətbiqlərin adlarını açıqlayıb.
Qazet.az xəbər verir ki, istifadəçinin seçimi kateqoriyasında qalib “Garena Free Fire MAX” oyunu olub.
“Balance: Meditation & Sleep” meditasiya proqramı ilin ən yaxşı tətbiqi seçilib.
“Google” hesab edir ki, bu tip proqramlara olan tələbat istifadəçilərin şəxsi inkişafa meyilləndiyini sübut edir.
Pulsuz onlayn multiplayer oyunu “Pokemon Unite” ilin ən yaxşı oyunu olub. İstifadəçilər onu təzə, dinamik oyun və çarpaz platforma təcrübəsi səbəbindən bəyəniblər.
Mənbə: riafan.ru