Bakı 26˚C Intermittent clouds

"İlin ikonası" seçildi

Maraqlı 12:55 09 dek, 2022
"İlin ikonası" seçildi

Aktrisa Mişel Yeo ABŞ-nin məşhur "TIME" jurnalı tərəfindən "ilin ikonası" seçilib.

Qazet.az xəbər verir ki, malayziyalı olan aktrisa 1997-ci ildən etibarən Hollivudda filmlərə çəkilir. 

O, Hollivudda debütünü 1997-ci ildə Ceyms Bond filmi olan "Sabah heç vaxt ölməz" filmində edib və bu uğurun ardınca "Parçalanan Pələng, Gizli Əjdaha", "Dəli Zəngin Asiyalılar" və "Şanq-Çi və Əfsanə" kimi böyük filmlərdə rol aldı. 

Malayziyalı 60 yaşlı aktrisa bu vaxta qədər Hollivud dünyasında belə ada layiq görülməyib.

Aktrisa mükafat almağı haqqında bunları deyib:

"Mən bu barədə düşündüm. Və təkcə mən yox, hiss edirəm ki, bütün Asiya dünyası bu barədə düşünüb. Yanıma gəlib “bizim üçün bunu edirsən” deyə onlar həmişə mənə bildirir".

 

"İlin ikonası" seçildi