Bakı 5˚C Showers

İlk fərqli Dünya Çempionatının yekunları

İdman 14:00 19 dek, 2022
İlk fərqli Dünya Çempionatının yekunları

Futbol üzrə Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatı artıq başa çatdı. Bu dünya çempionatı başlamazdan öncə böyük səs-küy yaratmışdı. Başlanğıcda qeyd etmək olar ki, Dünya çempionatları tarixində bu ilki turnirin qışda keçirilməsi ən böyük fərqlərdən biri oldu. Bununla yanaşı,  FIFA tərəfindən seçilən ev sahibi ölkə də mediada böyük səs-küyə səbəb olmuşdu. Dünya mətbuatı Qətəri korrupsiyada ittiham edir, insan haqlarının pozulmasında günahlandırırdı. Bəzi dövlətlər isə DÇ-nin boykot edilməsi üçün çağırış etmişdi. Bütün söz-söhbətlərə baxmayaraq, noyabrın 20-də start götürən və dekabrın 18-nə qədər davam edən, 4 ildən bir keçirilən bu futbol bayramı öz rəngarəngliyini bu il də qorumağı bacardı. Nəhənglərin dueli, Afrikanı təmsil edən millilərin baxımlı oyunu, Latın Amerikası ölkələrinin futbol sehrbazları, Asiya ölkələrinin sürprizləri hər il olduğu kimi bu il də əsas ornamentlərdən idi.

Qazet.az-ın idman müxbiri Azad Nuriyev turnirdə qeydə alınan maraqlı anları sizə təqdim edir:

DÇ-nin PR şoku

Bəzi ölkələr 4 ildən bir keçirilən bu dünya çempionatlarında baxımlı oyunları ilə yanaşı atdığı addımlarla da gündəmə rəng qatırlar. Artıq ilk turlardan bunu müşahidə etmək olurdu. Yaponiya azarkeşlərinin hər matçdan sonra stadionu təmizləməsi, Seneqal azarkeşlərinin rəngarəngliyi, Koreya fanatlarının emosional sevincləri, Səudiyyə Ərəbistanın favorit Argentina üzərində qələbəsi və s. Hər şey bununla yekunlaşmır. Hər kəs fərqli mənzərəyə şahidlik edirdi. Kadrlarda yer alan və kadrarxası məqamlar bütün izləyicilər üçün həmişə xüsusi maraq obyekti olub. Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renarın 0:1 məğlub olduqları matçın fasiləsində komandasına verdiyi motivasiya nitqi DÇ-nin ən yaxşılarından oldu. Bu nitq ikinci hissənin başlanğıcında 2 qol vuraraq Argentina üzərindən qələbə qazanan krallıq təmsilçisinə ən böyük çağırış idi. Onu da deyək ki, Səudiyyə Ərəbistanı bu turnirdə Argentina üzərində qələbə qazanmağı bacaran yeganə milli komanda oldu. Əlavə olaraq, bu turnirin bəzəyi olan azarkeşlər var idi. Yuxarıda adlarını çəkdiklərimizlə yanaşı, gündəmə gələn fərdi azarkeşlər də oldu. Onların arasında ən çox adı çəkilən şübhəsiz xorvatiyalı model İvana Knöll idi. Demək olar ki, stadiondan Xorvatiya millisinin bütün matçlarını izləyən xanım azarkeş DÇ-nin ən çılğın və rəngarəng azarkeşi oldu. Geyindiyi paltarlarla və etdiyi hərəkətlərlə medianın diqqətini üzərinə çəkən model dünya çempionatında daha da tanındı. DÇ-dən öncə “Instagram”da 200 min izləyicisi olan Knöllün çempionatın gedişində izləyici sayı 2 milyonu keçdi. Argentinalı xanım azarkeşlər də diqqəti cəlb etdi.

Croatian Instagram model Ivana Knoll risks breaking Qatar decency laws &  causing huge offence for wearing racy World Cup outfits | Goal.com US

Təsadüfi məşhur olan xanım azarkeşin də adını çəkmək yerinə düşərdi. Braziliya millisinə dəstək olmaq üçün Qətərə gələn, peşəsi kosmetoloq olan Luana Meyreleş gözəlliyi ilə bütün sosial şəbəkələrdə və dünya mediasında paylaşılan xanım azarkeşlərdən oldu. Xanım azarkeş rəsmi sosial şəbəkə hesablarında bu hala çox sevindiyini dilə gətirdi.

Luana Meireles kimdir? Dünya Kupası Luana Meireles kaç yaşında, nereli? Luana  Meireles instagram hesabı ne? - Haberler

Millilər arasında isə sözün əsl mənasında diqqətəlayiq performans göstərən Mərakeş millisi oldu. Tarixdə ilk dəfə yarımfinal oynayan Afrika və müsəlman ölkəsi təmsilçisi hər bir hərəkətləri ilə qəlblərin qalibi oldu. Dünya çempionatında 3-cü yer uğrunda Xorvatiyaya məğlub olsalar da, bu belə onları ruhdan salmadı. 4-cü yer də onlar üçün uğurun zirvəsi demək idi.

Morocco rewrite history to join usual suspects in hunt for World Cup glory

Qəlbiqırıq millilər...

Bu turnirdən kənar qalan millilər də var idi. Sözsüz, onların dünya çempionatında iştirak etməsi bütün azarkeşlər üçün xoş olardı. Bunlar İtaliya və Rusiya milliləridir. Son DÇ-nin ev sahibi olan Rusiya məlum hadisələr (Rusiya-Ukrayna müharibəsi) səbəbilə beynəlxalq idman turnirlərindən uzaqlaşdırılıb. İtaliya millisi isə seçmə mərhələdə məğlub olduqları üçün nüfuzlu turnirə vəsiqə qazana bilməmişdilər.

Qətərin siyasi finalı

Nəhayət futbol bayramı bu il də bir millinin üzünü güldürə bildi. Bu sevinc Argentina millisinə nəsib oldu. Ulduz futbolçu Lionel Messinin kapitanlığı ilə Argentina millisi tarixində üçünçü dəfə dünya çempionu oldu. Maradonanın çempion olmasından bu yana dünya kubokuna həsrət qalan Cənubi Amerika təmsilçisi 2014-də məğlub olduqları finaldan sonra 2022-ci il DÇ-ni qazanmaq niyyətində idilər. 2:0 qalib gəldikləri oyunda 97 saniyə ərzində 2 qol vuran Fransa millisinin 24 yaşlı oyunçusu Kilian Mbappe oyunun əlavə vaxta getməsinə səbəb oldu. Burada da fərqlənən hər iki milli qalibin adına penaltilər seriyasında aydınlıq gətirdi. Fransızların qeyri-dəqiqliyi oyunu izləməyə gələn ölkə prezidenti Emanuel Makronu da başıaşağı, məyus etdi. Bununla belə ölkə başçısı oyundan sonra stadiona gələrək oyunçulara təsəlli verdi. Finalda siyasi səhnə tribunada idi. DÇ-nin bağlanış mərasimini və matçı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Qətərin əmiri Təmim bin Həməd Al Sani, milyarder Elon Mask, futbol üzrə tanınmış simalar iştirak edirdi. Onlar arasında matç boyunca edilən təmaslar, aralarında baş tutan söhbətlər obyektivlərin diqqətindən yayınmadı.

Ragıp Soylu on Twitter: "Erdogan and Elon Musk shake hands in Doha during  the World Cup Final Match https://t.co/eKqr9sDelD" / Twitter

Gulf Today on Twitter: "Argentina's Lionel Messi is presented with the  Golden Ball award by Emir of Qatar Sheikh Tamim Bin Hamad Al Thani as FIFA  President Gianni Infantino and French leader

Siyasətin təsirindən uzaq olan meydanda isə Argentina tarixində 3-cü dəfə dünya kubokunu qaldırdı. Bu dəfə isə əksər futbol azarkeşlərinin sevimlisi Lionel Messi kubok muzeyinə bu titulu əlavə edə bildi. Artıq futbolçular, azarkeşlər, mütəxəssislər fasiləyə yollana bilərlər. Qarşıdan gələn Yeni il öncəsi bu fasilə belə bir stressdən sonra hər kəsə lazımdır. 4 il sonra (2026-cı ildə) isə bu DÇ-yə okeanın o tayından – ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə tamaşa edəcəyik.

കാത്തിരുന്ന ആ കനകകിരീടം, argentina vs france, fifa world cup 2022, qatar  world cup 2022, argentina football, messi, mbappe