İlk SMS 107 min avroya satıldı
Cəmiyyət
02:12 23 dek, 2021
Gəlir “Vodafone” şirkəti tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına bağışlanacaq.

Fransada keçirilən hərracda dünyada göndərilən ilk SMS satılıb.
Qazet.az xəbər verir ki, SMS-i 107 min avroya alan şəxsin kanadalı olduğu və texnologiya sektorunda işlədiyi məlum olsa da, adı açıqlanmayıb.
3 dekabr 1992-ci ildə İngiltərədə “Vodafone”un ozamankı direktoru Riçard Jarvisə Orbitelın telefonu ilə göndərilən və "Milad bayramınız mübarək" yazılan SMS Fransadakı “Aguttes” hərrac evində NFT formatında hərraca çıxarılıb.
Gəlir “Vodafone” şirkəti tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına bağışlanacaq.
lenta.ru