İlon Mask bir neçə gün ərzində 1,1 milyard dollardan çox səhmlərini satıb
İş adamı hələ də şirkətin 170 milyondan çox səhminə sahibdir
“Tesla” və “SpaceX”in qurucusu İlon Mask təkcə bu həftə ərzində 1,1 milyard dollardan çox səhmlərini satıb.
Qazet.az CNBC-ə istinadən xəbər verir ki, İ. Mask məhz vergidən yayınmaqda ittiham edildikdən sonra bu addımı atıb.
Mənbə yazır ki, iş adamı hələ də şirkətin 170 milyondan çox səhminə sahibdir.
Xatırladaq ki, bir neçə gün əvvəl dünyanın ən zəngin adamlarından olan İlon Mask şəxsi “Twitter” hesabında maraqlı sorğu keçirib.
İ. Mask 63 milyon izləyicisinə “Tesla səhmlərimin 10 faizini satmağı təklif edirəm, bunu dəstəkləyirsinizmi?”, - sual ünvanlayıb.
Sorğuda 3,5 milyondan çox “Twitter” istifadəçisi iştirak edib. Sorğuda iştirak edənlərin 57,9 faizi İ. Maskın səhmlərini satışını dəstəklədiyini bildirmişdi.