Bakı 33˚C Partly sunny

İlon Mask gecikdi: ABŞ-da ilk dəfə insan beyninə çip yerləşdirildi - FOTO

Gündəm 17:25 22 iyl, 2022

Bu barədə “Bloomberg” məlumat yayıb

İlon Mask gecikdi: ABŞ-da ilk dəfə insan beyninə çip yerləşdirildi - FOTO

Nyu-Yorkda Synchron startapı İlon Maskın Neuralink şirkətini qabaqlayıb və ABŞ-da insan beyninə neyroçip implantasiyası üçün icazə alan ulk şirkət olub.
 

Qazet.az xarici KİV-ə istinadla xəbər verir ki, beyninə neyroçip yerləşdirilən şəxs ağır iflic xəstəsi olub.

“Bloomberg” yazır ki, indi neyroçipin köməyi ilə o, internetdə söhbətləşə, onlayn alış-veriş edə və digər vəzifələri yerinə yetirə bilir.

Çip beyin fəaliyyətinin aktivliyinin monitorinqi və insan düşünən zaman neyronların oyanışını qeydə almaq üçün 16 elektroddan istifadə edir. Cihaz qan damarının dərinliyinə və neyronlara yaxınlaşdıqca siqnal gücü artır.

Bu ABŞ-da keçirilən ilk belə əməliyyatdır. Bundan əvvəl Avstraliyada startap dörd pasiyentə öz cihazlarını implantasiya edib.
 





Qaynaq