İlon Mask nüfuzlu qəzeti ikiüzlülükdə ittiham etdi
Gündəm
12:40 24 okt, 2022

Amerikalı iş adamı “The Washington Post” qəzetini ikiüzlülükdə günahlandırıb.
Qazet.az-ın “mk.ru”-ya istinadla xəbər verir ki, İlon Mask bundan əvvəl ABŞ hakimiyyətinin onu milli təhlükəsizliyə təhdid hesab etdiyi bir məqalə dərc edib. O, Tvitter-də izləyicilərindən birinin şərhinə cavab olaraq, "Washington Post" belə ikiüzlüdür" - yazıb.
Daha əvvəl "WP" hökumət mənbələrinə istinadla "Maskın fəaliyyəti Vaşinqtonda ciddi narahatlıq yaradır. Xüsusilə Ağ Ev hakimiyyəti Tesla və SpaceX-in yaradıcısının siyasi bəyanatlarını qıcıqlandırmağa başlayıb" -yazıb.
Öz növbəsində Bloomberg ötən həftə xəbər vermişdi ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Maskın biznesinin auditinə başlaya bilər.