Bakı 15˚C Mostly sunny

İlon Mask Putinlə Ukraynanı müzakirə edib?

Gündəm 00:15 12 okt, 2022
İlon Mask Putinlə Ukraynanı müzakirə edib?

“Tesla” və “Speys X” şirkətlərinin rəhbəri, iş adamı İlon Mask Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada sülh planını müzakirə etmədiyini bildirib.

Qazet.az xəbər verir ki, o, Putinlə yalnız bir dəfə danışdığını deyib.

“Bu, elə deyil. Putinlə cəmi bir dəfə, təxminən 18 ay əvvəl danışmışam. Mövzu kosmos idi”, - deyə Mask bildirib.

Qeyd edək ki, “Eurasia Group” analitik mərkəzi Maskın bir neçə həftə əvvəl Putinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etdiyini iddia etmişdi.