İlon Mask “Twitter”lə bağlı sorğu keçirdi, nəticə gözlnilməz oldu
Maraqlı
07:17 20 dek, 2022
İlon Maskın “Twitter” rəhbərliyindəki gələcəyi ilə bağlı sorğuda iştirak edənlərin əksəriyyəti qərara gəlib ki, milyarder şirkət rəhbəri vəzifəsini tərk etməlidir.
Qazet.az xəbər verir ki, bunu Maskın başladığı sorğunun nəticələri sübut edir.
Mask platformanın istifadəçilərinə ““Twitter” rəhbəri vəzifəsini tərk etməliyəmmi?” sualını verib.
Xəbərin dərci zamanı sorğuda 17,5 milyon insan iştirak edib, onların 57,5%-i milyarderin vəzifəsini tərk etməli olduğuna inanır.
Mask istifadəçilərin seçdiyi qərarla razılaşacağına söz verib. Hələlik iş adamından səsvermə ilə bağlı hər hansı şərh daxil olmayıb. Maskın mikrobloqundakı son yazıda deyilir: “Hakimiyyət istəyənlər buna ən az layiq olanlardır”.