İlon Mask yeni sosial media platforması yaradacaq
Maraqlı
13:46 12 avq, 2022
Mask bu barədə işarə verdi
"Twitter"i satın almaqdan imtina qərarından sonra sosial media platforması ilə məhkəməlik olan “Tesla” şirkətinin rəhbəri İlon Mask öz sosial media platformasını qura biləcəyinə işarə edib.
Qazet.az xəbər verir ki, "Twitter"də istifadəçilərdən biri Maska "Əgər "Twitter"lə bağlı razılıq əldə olunmasa, öz sosial media platformanızı qurmağı planlaşdırırsınızmı" sualına sadəcə “X.com” yazmaqla cavabını verib.
Qeyd edək ki, E.Mask 1999-cu ildə ortaqları ilə internet bankçılıq saytı olaraq "X.com"u qurub və şirkət daha sonra rəqabət apardığı qurumlarla birləşib.