İlon Maskın Gürcüstandakı şirkəti bu tarixdə istifadəyə veriləcək
Gürcüstan bununla regionda “Starlink” layihəsinin fəaliyyətə başlayacağı ilk ölkə olacaq
Amerikalı milyarder İlon Maska məxsus “SpaceX” şirkətinin “Starlink” peyk internet xidməti layihəsi 2023-cü ildən Gürcüstanda aktivləşdiriləcək.
Qazet.az xəbər verir ki, məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Bildirilib ki, Gürcüstan bununla regionda “Starlink” layihəsinin fəaliyyətə başlayacağı ilk ölkə olacaq.
Qeyd olunub ki, ilkin mərhələdə ölkədəki bütün texnoparklar və texnologiya sahəsinə aid qurumlar “Starlink” interneti ilə təmin ediləcəklər.
Ölkə miqyasında sürətli internetin aktivləşdirilməsinin ictimai xidmətləri inkişaf etdirəcəyi, təhsil səviyyəsini artıracağı bildirilib. Qeyd olunub ki, nəticədə məktəblər internetlə təmin ediləcək, təhlükəsizlik gücləndiriləcək və informasiya texnologiyaları sahəsi üçün yeni fürsətlər yaradacaq.
“SpaceX” şirkətinin Gürcüstan bazarına daxil olmaqla bağlı ötən ildən maraq göstərdiyi bildirilib.