İlon Maskın sərvəti 250 milyard dolları ötdü - FOTO
Biznes
11:49 26 okt, 2021
Bu, şirkət səhmlərinin bahalaşması fonunda baş verib

Tesla” şirkətinin rəhbəri İlon Maskın sərvəti 250 milyard dolları ötüb.
Qazet.az xəbər verir ki, bu, şirkət səhmlərinin bahalaşması fonunda baş verib.
Təkcə son sutka ərzində o, 3.9 milyard dollar qazanıb. “Tesla”nın dəyəri isə artıq 1 trilyon dolları keçib.
Qeyd edək ki, Mask hazırda böyük fərqlə dünyanın ən varlı şəxsləri siyahısına başçılıq edir.