İmişli məktəbindəki vəziyyətlə bağlı açıqlama
Cəmiyyət
21:14 08 yan, 2023
Haqqında məlumat yayılan İmişli rayonunun Aranlı kənd məktəbində 3 sanitar qovşağı var. Təhsil müəssisəsi qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq.
Bu barədə Qazet.az-a Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilir ki, bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq