Bakı 17˚C Sunny

İmişlidə avtomobil aşıb, xəsarət alanlar var

Hadisə 09:12 13 sen, 2021

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb

İmişlidə avtomobil aşıb, xəsarət alanlar var

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

Qazet.az Aran bürosunun məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində İmişli şəhər sakinləri - 1999-cu il təvəllüdlü Həsənli Aqşin Səhliyar oğlu və 1999-cu il təvəllüdlü Rzayev Rahim İnqilab oğlu xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.