Bakı 1˚C Mostly cloudy

İmişlidə bibisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə 19:48 05 yan, 2022

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

İmişlidə bibisi oğlunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

İmişli rayonunda qətl törətməkdə təqsirləndirilən Azad Mürsəlovun məhkəməsi başlayır.

Qazet.az Report-a istinadən xəbər verir ki, iş yekunlaşaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasını vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 18-də İmişlinin Çaxırlı kəndində qeyd alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Mürsəlov Azad Adil oğlu aralarında yaranan mübahisə zamanı bibisi oğlu, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Naqil oğluna çoxsaylı bıçaq zərbəsi endirərək onu öldürüb.

Hadisəni törədən A.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.