Bakı 3˚C Showers

İmmuniteti güclü saxlamağın üsulları

Maraqlı 11:51 13 okt, 2022
İmmuniteti güclü saxlamağın üsulları

Payızda havanın temperaturunun qəfil dəyişməsi müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır.

Son zamanlar insanlarda halsızlıq, baş ağrısı, soyuqdəyməyə daha çox meyilli olmaq kimi halların artdığını müşahidə edirik. Bunun əsas səbəbinin əslində mövsümi keçidlə bağlı olduğunu deyə bilərik.

İnsanların ən çox xəstələndiyi bu aylarda istehlak edilən qidalar sayəsində daha canlı, aktiv və sağlam ola bilərsiniz. 

Qazet.az öz oxucuları üçün immuniteti güclü saxlamağın yollarını araşdırıb təqdim edir:

Yuxu və su vacibdir

İnsan orqanizmi üçün ən vacib istirahətin yuxu olduğunu bilirik, gecələr ən az saat 11-12-yə yatmaq lazımdı. Bu ehtiyacınızı mümkün qədər dolğun ödəməli, yuxu saatlarının həm miqdarına, həm keyfiyyətinə diqqət etməlisiniz.
Payız mövsümündə əsasən  susuzluq hissinin azaldığını görürük. Bu, bədəndə baş ağrısı, yorğunluq və ödem  (şişkinlik) problemləri ilə üzləşməyimizə səbəb olur.İçdiyimiz suyun miqdarına fikir verərək, gün ərzində 1-2 litr təmiz, qaynanmamış su içməyi təmin etməliyik.

Tərəvəz və meyvə

Dietoloqların fikrincə, orta hesabla bir insanın gündə 5 porsiya tərəvəz və meyvə istehlak etməsi lazımdır. Bir porsiya meyvə yemək lazımdırsa, onları bir cür  meyvədənsə, iki cür meyvə  yemək daha  faydalıdır.

Balıq həftədə 1 və ya 2 gün menyunuza daxil edilməlidir. 

Səhər yeməyinə, qəlyanaltılara və ya axşam yeməklərinə mütləq bir protein qrupu daxil etməliyik. Yeməklərdə zeytun yağından istifadə etməklə və "Omeqa-9" yağ turşularını qəbul etməklə immunitetimizə böyük fayda verə bilərik.

Payız aylarında rasionunuzu zəngin etmək arzusu ilə Qazet.az bütün oxucularına sağlam həyat arzu edir!