Bakı 27˚C Windy

İnam Kərimov vətəndaşları qəbul edib

Cəmiyyət 15:04 11 noy, 2022
İnam Kərimov vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 11-də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağcabədi, Ağdam, Laçın və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bu barədə Qazet.az-a Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 52 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə subsidiya, güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

İ. Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.